Bakıda avtomobil körpüdən aşıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Xətai rayonunda "Mercedes" markalı minik avtomobili "Cavanşir" körpüsündən aşıb. Nəticədə, sürücü xəsarət alıb. Yaralıya hadisə yerində ilkin tibbi yardım göstərilib.
Xilasedicilər qəza nəticəsində yanacaq-sürtgü materiallarının ətrafa dağılması səbəbindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB