Ötən gün respublikada baş verən 9 yol qəzasında 4 nəfər ölüb, 10 nəfər yaralanıb

Ötən gün respublikada baş verən 9 yol qəzasında 4 nəfər ölüb, 10 nəfər yaralanıb

Ötən gün respublikada 9 yol qəzası qeydə alınıb. Bu sözləri SİA-ya açıqlamasında Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev deyib. Onun sözlərinə görə, baş verən yol-nəqliyyat hadisələri nəticəsində 4 nəfər ölüb, 10 nəfər yaralanıb.

Azərbaycanda kəskin hava şəraiti ilə əlaqədar rayonlara gedən bütün iri magistrallarda nəqliyyatın hərəkəti məhdudlaşdığını deyən Kamran Əliyev bildirib ki, paytaxtdan Şimal istiqamətində - Bakı-Şamaxı yolu, Bakı-Quba və digər istiqamətlərə gedən yollar da buz bağlayıb, həmin yollarda yalnız hər iki oxu aparıcı olan avtomobillərin hərəkəti mümkündür.

Bakı Şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov isə SİA-ya açqılamasında bildirib ki, ötən gecədən səhər saat 9:00-dək stansiyaya 1469 çağırış olub. Belə ki, ötən gecə soyuq hava şəraiti ilə əlaqədar yerlərin buz bağlaması nəticəsində yıxılıb travma alanların sayı 40 nəfərə çatıb.

Onların 28 nəfəri xəstəxanaya çatdırılıb: "Digərlərinə isə yerində ilkin tibbi yardım göstərilib".

Bütün xəbərlər Facebook səhifəmizdə