Külli miqdarda narkotik vasitə aşkar edilib

Külli miqdarda narkotik vasitə aşkar edilib

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi və Biləsuvar RPŞ əməkdaşlarının həyata keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə aşkarlanaraq götürülüb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, Astara rayon sakini Elman Qurbanova məxsus "VAZ-2106" markalı avtomaşına baxış zamanı oradan 5 kiloqram 159 qram heroin, 1 kiloqram 825 qram həşiş və 924 qram tiryək aşkar edilmişdir.

Bütün xəbərlər Facebook səhifəmizdə