Paytaxtda onlayın qumarxana aşkarlanıb

Paytaxtda onlayın qumarxana aşkarlanıb
Paytaxtda onlayın qumarxana aşkarlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə Sabunçu rayonu ərazisindəki internet klubların birində Abşeron rayonunun Qobu qəsəbə sakini Naib Hüseynovun "online" sistemi ilə qumarxana təşkil etməsi və saxlaması müəyyən edilib. Baxış zamanı internet klubda qumarda əldə edilmiş 297 manat pul aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə