Külli miqdarda narkotik vasitə aşkar edilərək götürülüb

Külli miqdarda narkotik vasitə aşkar edilərək götürülüb
Astara rayon sakinindən küllü miqdarda narkotik vasitə müsadirə edilib. SİA-nın verdiyi məlumata görə, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi və Biləsuvar RPŞ əməkdaşlarının həyata keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Elman Qurbanova məxsus "VAZ-2106" markalı avtomaşına baxış zamanı oradan 5 kiloqram 159 qram heroin, 1 kiloqram 825 qram həşiş və 924 qram tiryək aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə