Paytaxtda yanğın baş verdi

Bakının Yasamal rayonunda yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətindən SİA-ya verilən məlumata görə, yanğın yanvarın 30-da saat 22:30-da Ələkbərov küçəsi, 565 saylı məhəllə, ev 2-də meydana gəlib. Yanğın zamanı evin 150 kvadratmetrlik sahəsi yanıb. Hadisə yerinə Yasamal rayon yanğından Mühafizə Bölməsinin əməkdaşları cəlb olunublar. Xəsarət alan və ölən olmayıb.

Hadisənin səbəbləri araşdırılır.


Bütün xəbərlər Facebook səhifəmizdə