Hacıqabulda ağır nəqliyyat hadisəsi baş verib - FOTO

Hacıqabulda ağır nəqliyyat hadisəsi baş verib - FOTO

Kəskin hava şəraitində Hacıqabulda ağır nəqliyyat hadisəsi baş verib. SİA-nın Aran bürosuna məlumat verən BDYP-nin inispektoru Mahir Salmanov bildirib ki, bu gün saat 17:30 radələrində Bakı Qazax yolunun 131-ci kilometrliyində Hacıqabul rayonun Muğan qəsəbəsində Bakı istiqamətində hərəkətdə olan VAZ 2107 markalı dövlət qeydiyyat nömrə nişanlı 90 ME 911 olan avtomaşınla əks istiqamətdə hərəkətdə olan KİA markalı 90 HL 986 nömrəli avtomabil toqquşub.

Nəticədə VAZ 2107 markalı avtomobilin sürücüsü Hacıqabul rayonun Meyniman kənd sakini 1973-cü il təvəllüdlü Əhmədov Ruslan Qara oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb. Digər KİA markalı avtomobilin sürücüsü isə xəsarət alaraq Kürdəmir Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı BDYP-nin istintaq bölməsində araşdırma aparılır.


Bütün xəbərlər Facebook səhifəmizdə