Şirvan şəhərində ev yanıb. SİA-nın Aran bürosunun məlumatına görə dünən, saat 13:00 radələrində Şirvan şəhərinin Demanlı məhəlləsi adlanan ərazisində Vidadi küçəsi, 12 ünvanında yerləşən 1979-cu il təvəllüdlü İbrahimov Elman Şirindil oğluna məxsus mənzildə yanğın baş verib. 70 kvadratmetrdən ibarət olan birmərtəbəli həyət evi tamamilə yanıb. Yanğın zamanı xəsarət alan olmasa da, mənzilin əşyaları tamamilə yanıb. FHN-in Şirvan şəhər Yanğından Mühafizə İdarəsinin əməkdaşları yanğını söndürməyə müvəffəq olublar. Yanğının baş verməsinə səbəb elektrik naqilində yaranmış qısaqapanma olub.
İqbal
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB