Paytaxtda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, yanvarın 27-si saat 08:30 radələrində Azadlıq prospektində Bakı şəhər sakini Rəşad Süleymanov idarə etdiyi "Mercedes" markalı yük maşını ilə Niyazi Ağayevi vurub. Sonuncu 3 saylı xəstəxanaya çatdırılsa da, aldığı xəsarətlərdən dünyasını dəyişib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB