DAK həmsədri Sabir Rüstəmxanlının DAK İdarə heyətinin üzvü, qurumun Azərbaycan nümayəndəliyinin rəhbəri Səftər Rəhimliyə qarşı qaldırdığı məhkəmə iddiasına 30 yanvar 2012-ci ildə saat 16.15 də Yasamal rayon məhkəməsində hakim Fuad Talışınskinin sədrliyi ilə baxılacaq.
Dünya Azərbaycanlıları Konqresinin Mətbuat Xidmətinin rəhbəri Peyman Sadıqovun SİA-ya verdiyi xəbərə görə, DAK-ın birləşməsindən dolayı baş verən çəkişmələrdən Sabir Rüstəmxanlı DAK-ın birləşməsini istəyən şəxsləri 03 avqust 2011-ci ildə keçirdiyi mətbuat konfransında İran və Rusiyanın adamları olduqlarını bildirib. Buna qarşılıq olaraq 05 avqust 2011-ci ildə Səftər Rəhimli "Gündəlik Bakı" qəzetinə verdiyi müsahibədə "Sabir Rüstəmxanlı öz adını başqalarına qoyur" deyə bildirərək "Əslində Sabir Rüstəmxanlının vaxtiylə rus "KQB"si ilə macəralarından hər kəs danışır" deyə ifadə edib. Ona görə də Sabir Rüstəmxanlı 11 avqust 2011-ci ildə Səftər Rəhimlini məhkəməyə verərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasını və cəzalandırılmasını tələb edib.
Onu da bildirək ki, 2 dəfə Binəqədi rayon məhkəməsi Sabir Rustəmxanlının iddialarını əsassız hesab edərək işi ləğv edib. Sabir Rüstəmxanlı verilən qərardan razılaşmamış və Apelliyasiya şikayəti vermişdir. Sonda Apelliyasiya məhkəməsi qərar çıxararaq yenidən baxılmaq üçün işi Binəqədi rayon məhkəməsinə geri göndərmişdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB