Bərdədə yol qəzası baş verib

Yaşayış məntəqəsində nəzərdə tutulmuş yolda sürət həddini aşan minik maşını qəza törədib. SİA-nın məlumatına görə, Bərdənin Şirvanlı kəndi ərazisində "Vaz 2109" markalı avtomobillə "Mersedes" markalı minik maşının toqquşması nəticəsində iki nəfər xəsarət alıb.

Yevlax Ağdam magistral avtomobil yolununun 33 km baş verən qəzada "Mersedes" markalı avtomobil yol kənarına aşıb. Nəticədə avtomobildə olan iki nəfər sərnişin xəsarət alıb.

Yaralılar rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Qeyd edək ki, faktla bağlı Bərdə rayon polis şöbəsində araşdırma aparılır.


Şamxal Adıgözəlov

Bütün xəbərlər Facebook səhifəmizdə