Bərdə-Tərtər magistral avtomobil yolunda Bərdənin Zümürxan kəndi ərazisində yol qəzası baş verib. İdarəetməni itirən minik maşını yoldan çıxaraq aşıb. Müxtəlif bədən xəsarətləri alan Tərtər sakinləri Ənvər Hətəmov, Eldar Səmilov və Rasim Şahsuvarov Bərdə rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Travmatalogiya şöbəsində olan yaralıların vəziyyəti orta ağırdır.
Qeyd edək qəzaya səbəb ilkin versiya kimi "Mersedes" markalı avtomobil magistral yolunda nəzərdə tutulmuş sürət həddini aşması olub.
Qeyd edək ki, faktla bağlı Bərdə polisində araşdırma aparılır.
Şamxal Adıgözəlov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB