Tərtər rayon polis şöbəsinin keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində bir neçə rayon ərazisində dəfələrlə oğurluq etmiş şəxsləri tutub. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, bunlar Tərtər rayon sakini Heydər İsmayılov, Zəngilan sakini Azər Məmmədov və Goranboy rayon sakini Nail Bəylərovdur. Dostluq edən mənzil oğruları əvvəlcədən əlbir olub evlərdən qızıl zinət əşyaları və pul aparıblar.
Tərtər, Goranboy və Tovuz rayonlarında evlərdən oğurluq edən dostlar əldə etdikləri əşyaları satıb aralarında qardaş malı kimi bölüblər.
Əvvəlcədən müəyyənləşdirib gündüz saatlarında evləri qarət edən dostlar, hələlik istintaqa məlum olan 8 mənzildən oğurluq ediblər.
Qeyd edək ki, oğurluqda təqsirləndirilən şəxslər əvvəllərdə məhkum olublar.
Şamxal Adıgözəlov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB