Salyanda baş verən avtomobil qəzasında 3 nəfər yaralanıb

Salyanda baş verən avtomobil qəzasında 3 nəfər yaralanıb

Bu gün səhər saatlarında Ələt-Astara magistral yolunun 20-ci kilometrliyində, Salyan rayonunun Xıdırlı kəndi ərazisində avtomobil qəzası baş verib.

SİA-nın Aran bürosunun məlumatına görə, Biləsuvar rayon sakini, 45 yaşlı Tofiq Lətif oğlu Aslanov idarə etdiyi VAZ markalı maşınla hərəkətdə olarkən yolların buz bağlaması səbəbindən qəfil idarəetməni itirib. Avtomobil yuvarlanaraq yolun kənarındakı arxa düşüb. Sürücü və içərisindəki 2 nəfər sərnişin maşından xilas olaraq magistral yola çıxıblar. Elə bu zaman əks istiqamətdən gələn Maştağa qəsəbəsində yaşayan Laçın rayon sakini Bəymurad Elşən oğlu Mustafayevin idarə etdiyi BMW markalı avtomobil sürüşərək qarşıdakı başqa bir VAZ markalı avtomobilə çırpılıb və birinci qəzadan qurtulmuş piyadaları vurub. Nəticədə sürücü Tofiq Aslanov, Biləsuvar sakini, 38 yaşlı Abbas Məmmədağa oğlu Məmiyev və onun bacısı 44 yaşlı Həqiqət Məmiyeva müxtəlif bədən xəsarətləri ilə yaralı vəziyyətdə Salyan rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

Faktla bağlı BDYP tərəfindən araşdırma aparılır.


İqbal MİKAYILOV


Bütün xəbərlər Facebook səhifəmizdə