Bərdədə oğurluq edən şəxs saxlanılıb

Bərdədə oğurluq edən şəxs saxlanılıb

Bərdədə mağazadan oğurluq edən Tərtər rayon sakini 16 gün sonra həbs olunub. Bərdə Rayon Polis Şöbəsindən SİA-ın Qarabağ bürosuna verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğru saxlanılıb.

Şöbədən onu da bildirdilər ki, tutulan Tərtər rayon sakini İmran Şabanov mağazadan 185 manat nağd pul, 600 manat dəyərində müxtəlif operatorlara məxsus danışıq kartları və 1 ədəd DVD oğurlayıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi il iş açılıb.

Şamxal Adıgözəlov

Bütün xəbərlər Facebook səhifəmizdə