Bakıda dəhşətli qətl törədilib. Hadisə bu gün axşam saatlarında rayonun 9-cu mikrorayon, 65 saylı xətt avtobusunun sonuncu dayanacağında qeydə alınıb. SİA-nın verdiyi məlumata görə, minik avtomobilinin sürücüsü, 26 yaşlı Mahir Rzayev marşrut avtobusunun sürücüsü ilə dava edib. Bu zaman ərazidən keçən 43 yaşlı Azər Muradov davaya müdaxilə edərək tərəfləri sakitləşdirməyə çalışıb. Həmin anda M. Rzayev əlindəki bıçağı A. Muradovun ürəyinə sancıb. A.Muradov yerindəcə dünyasını dəyişib. Hadisəni törədən M. Rzayev saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB