Narkotik vasitələrin satışı ilə məşğul olan 2 şəxs saxlanılıb

Narkotik vasitələrin satışı ilə məşğul olan 2 şəxs saxlanılıb

Xaçmaz polisinin apardığı əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 2 şəxs saxlanılıb. SİA-nın Şimal bürosunun verdiyi xəbərə görə, Qusar şəhər sakini 26 yaşlı Ramil Cəlilov həmyerlisi Elçin Hacıbalayevdən satış məqsədilə 2 bükümdə olan qurudulmuş marixuana alaraq Xaçmaz rayonunda satmaq istəyərkən yaxalanıb.

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda təqsirli bilinən Qusar sakinləri Ramil Cəlilov və Elçin Hacıbalayev istintaqa verdiyi ifadədə əməllərini etiraf edib.

Qeyd edək ki, faktla bağlı Xaçmaz rayon polis şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır.


Emin Kərimov


Bütün xəbərlər Facebook səhifəmizdə