Ölkənin müxtəlif rayonlarında bir gündə 3 nəfər intihar edib. SİA-nın verdiyi məlumata görə, Cəlilabad rayonu Göytəpə qəsəbəsində yaşayan 19 yaşlı Şəfaqət Bünyadova özünü asaraq intihar edib.
Bakının Yasamal rayonu, Qızıl Şərq küçəsi, ev 105, mənzil 32-də yaşayan Aslan Dadaşov özünü asaraq intihar edib.
Qaxın Ləkit Kütüklü kəndində 1989-cu il təvəllüdlü Coşqun Rəhimov özünü yaşadığı evin həyətindəki zoğal ağacından asıb. Hər 3 faktla bağlı rayon prokurorluqlarında Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB