Qax-Qarağan yolunda ölümlə nəticələnən qəza baş verib

Qax-Qarağan yolunda ölümlə nəticələnən qəza baş verib
Ötən gecə Qax-Qarağan yolunun 4-cü kilometrliyində ölümlə nəticələnən dəhşətli yol qəzası baş verib. Hadisə 10-AS-166 dövlət nömrə nişanlı qara \"Hyundai Sonata\" markalı avtomobilin yüksək sürətlə hərəkət edərkən idarəetməni itirib və ağaca çırpılması nəticəsində baş verib. Nəticədə 1986-cı ildə Ağdam rayonunda anadan olmuş Bakı şəhər Ramana qəsəbəsi Dadaş Bünyadzadə küçəsi sakini Heydərov Qalib Əli oğlu və avtomobili idarə edən 1979-cu il təvəllüdlü, Qax rayon Katex kənd sakini Nurəlizadə Töhfə Cəlil qızı aldıqları xəsarət nəticəsində hadisə yerindəcə keçiniblər. Qeyd edək ki, qəzanın ağır olması səbəbindən hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Qax rayon bölməsinin əməkdaşları cəlb olunublar. Nazirliyin əməkdaşları cəsədləri avtomobili kəsdikdən sonra çıxardıblar. Faktla bağlı Qax rayon polis şöbəsinin istintaq bölməsində araşdırmalar aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə