Axtarışda olan maşın oğrusu yaxalanıb

Axtarışda olan maşın oğrusu yaxalanıb
Paytaxt ərazisində törədilən oğurluq hadisəsinin üstü açılıb. Hadisə ötən il mayın 7-də Yeni Yasamal ərazisində baş verib. SİA-nın verdiyi məlumata görə, naməlum şəxs Corat sakini İntiqam Cavadova məxsus "Opel" markalı avtomobili satın alacağını bildirib. Həmin şəxs maşını yoxlamaq adı ilə sürərək aradan çıxıb. Polis əməkdaşları həmin şəxsi hadisədən 6 ay sonra Qaradağ rayonu ərazisində tutublar. Qaradağ rayon Polis İdarəsinin 10-cu polis bölməsi əməkdaşlarının keçridikləri əməliyyat tədbirləri nəticəsində maşını qaçıran Bakı sakini Anar Əliyev Lökbatan qəsəbəsində həmin avtomobillə birlikdə saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə