Paytaxtda əxlaqsızlıq yuvası aşkarlanıb

Paytaxtda əxlaqsızlıq yuvası aşkarlanıb
Paytaxtda əxlaqsızlıq yuvası aşkar edilib. SİA-nın verdiyi məlumata görə, Nəsimi rayonu ərazisindəki mənzillərin birində Qətibə Qəhrəmanovanın qadınları fahişəliyə cəlb etməklə əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilib. İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Nəsimi rayonunda kirayədə yaşayan Şəmkir rayon sakini Qətibə Qəhrəmanova tutularaq istintaqa təhvil verilib. Aparılan araşdırmalar nəticəsində onun kirayə tutduğu mənzilində gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etdiyi öz təstiqini tapıb.

Faktla bağlı cinayət işi açılıb araşdırmalar aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə