Bu gün səhər saat səkkiz radələrində Bakı-Xırdalan yolunda 3 avtomobilin toqquşması ilə nəticələnən zəncirvari qəza baş verib. SİA-nın xəbərinə görə, "Hunday" markalı avtomobillə "VAZ - 2109" daha sonra "VAZ -2107" markalı avtomobillər toqquşub.
Şahidlərin verdiyi məlumata görə, qəzaya "Hunday" markalı avtomobilin sürücüsü səbəb olub. Belə ki o yüksək sürətlə hərəkət edərək qəzanı qaçılmaz edib. Hadisə nəticəsində hər üç maşına maddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB