Şirvan Salyan yolunda ağır avtomabil qəzasında 2 nəfər öldü

Şirvan Salyan yolunda ağır avtomabil qəzasında 2 nəfər öldü

Dünən axşam saatlarında Şirvan şəhəri istiqamətində hərəkət edən Mercedes-190 markalı 10 ZS 790 dövlət nömrə nişanlı avtomobil iki rayonun sərhədində yolun kənarındakı dərin dərəyə yuvarlanıb.

SİA-nın Aran bürosunun məlumatına görə, qəza barədə yalnız səhər saatlarında xəbər tutulub. Avtomobil dərədən çıxarıldıqdan sonra məlum olub ki, Lənkəran rayonunun Bolodi kənd sakini 1983-cü il təvəllüdlü Nəsirov Fuad Nurəddin oğlu başqasına məxsus avtomobili dərəyə aşırıb. Nəticədə sürücü və avtomobildə olan sərnişin Daşkəsən sakini 23 yaşlı Xanəhmədov İlkin Allahverdi oğlu hadisə yerində dünyalarını dəyişiblər. Qeyd olunan şəxslər Şirvanda "Azzenko" şirkətində qaynaqçı və krançı vəzifələrində çalışırmışlar.

Faktla bağlı Şirvan şəhər Polis Şöbəsində araşdırma aparılır. Lakin Şirvan polis şöbəsinin istintaq bölməsinin müstəntiqi Rəsul İbayev rəhbərliyin icazə verməməsinə görə, açıqlama verməkdən imtina etdi.


Bütün xəbərlər Facebook səhifəmizdə