Salyan şəhər internat məktəbinin qazanxanasında partlayış baş verib. SİA-nın Aran bürosunun məlumatına əsasən, bu gün səhər saatlarında Salyan şəhər internat məktəbinin qazanxanasında qəfil partlayış olub. Zərbə güclü olduğundan ümumi sahəsi 15 kvadratmetr olan qazanxananın divarları uçub və dam örtüyü çöküb. Hadısə zaman yanğın olmayıb. Lakin qazanxananın operatoru ölümün bir addımlığından qurtulub.
Belə ki, operator Məmmədhəsən Axundov qazanxananın yaxınlığındakı su çəninin kranından su axdığını görüb onu düzəltmək məqsədilə açar dalınca gedib. Qazanxanadan bir az aralanan kimi qəfil partlayış baş verib. Bazar günü olduğundan məktəbdə heç kim olmayıb.
Hələlik hadisənin nədən baş verdiyi məlum deyil.
Faktla bağlı araşdırmalar aparılır.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB