Hacıqabul ərazisində növbəti ölümlə nəticələnən avtomabil qəzası baş verib. SİA-nın Aran bürosunun məlumatına görə, bu gün saat 14:30 radələrində Bakı-Qazax yolunun 135.8 km-də Hacıqabul rayonun Qarasu kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
DYP alayının inispektoru Alim Mirzəyevin açıqlamasına əsasən, Hacıqabulun Abdulabad kənd sakini, 1981-ci il təvəllüdlü sürücü Hüseynov Həmid Süleyman oğlu idarə etdiyi VAZ 2107 markalı 24 BB 994 nömrəli maşını məlum olmayan səbəbdən yoldan çıxaraq aşırıb. Nəticədə sürücü Həmid Hüseynov hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı BDYP-nin İstintaq bölməsində araşdırma aparılır.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB