Bugün səhər saatlarında Bakı-Xırdalan yolunda yol qəzası baş verib. SİA-nın xəbərinə görə, "VAZ – 2106" markalı avtomobillə "VAZ – 2107" markalı dövlət nömrə nişanlı maşın toqquşub. Hadisəyə "VAZ -2106" markalı avtomobilin sürücüsünün səbəb olduğu bildirilir. Belə ki o avtomobilin əksi istiqamətində hərəkət edərək qarşı tərəfə keçib və nəticədə qəza qaçılmaz olub. Hadisə nəticəsində hər iki avtomobil yararsız hala düşüb. Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB