Paytaxtda avtomabil oğrusu ələ keçdi

Paytaxtda avtomabil oğrusu ələ keçdi
Xəzər rayonunun Binə qəsəbəsi ərazisindən qəsəbə sakini Emin Məmmədova məxsus \"VAZ-2107\" markalı avtomaşın qaçıran şəxs yaxalanıb. SİA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Binəqədi RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu gün qəsəbə ərazisində avtomaşını qaçıran Ağsu rayon sakini Orxan Hüseynov saxlanılıb.

Avtomaşına baxış zamanı onun arxa hissəsində dövlət nömrə nişanı olmadığı, qabaq hissəsində isə digər avtomaşına məxsus dövlət nömrə nişanı olduğu məlum olub.

Faktla bağlı araşdırmalar aparılır.

Qeyd edək ki, saxlanılan Orxan Hüseynov əvvəllərdə məhkumluq həyatı yaşayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə