Şəkidə yük maşını iki piyadanı vurub. Hadisə Şəki şəhəri ərazisində qeydə alınıb. SİA-nın məlumatına görə, Şəki şəhər sakini, 1984-cü il təvəllüdlü Qalib Məsimov idarə etdiyi "MAZ" markalı avtomobillə Şəki şəhəri, Şərbablar küçəsindən H.Əliyev prospekti istiqamətinə hərəkət edərkən yolu keçmək istəyən piyadalar - Şəki şəhər sakini, 1984-cü il təvəllüdlü Əhmədova Nişanə Məmmədəmin qızını və onun anası, 1953-cü il təvəllüdlü Əhmədova Sədayə Əziz qızını vurub. Nəticədə ağır bədən xəsarətləri alan Nişanə Əhmədova hadisə yerində keçinib.
Onun anası Sədayə Əhmədova aldığı müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Şəki Mərkəzi Şəhər Xəstəxanasına (MŞX) yerləşdirilib.
Faktla bağlı Şəki ŞPŞ-də cinayət işi başlayıb, araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB