Bu gün səhər saatlarında Bərdə rayonun Böyük Göyüşlü kənd sakini Mahir Kazımova məxsus 2 mərtəbəli fərdi yaşayış evi yanıb. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, hadisə nəticəsində ev sahibinin anası - 84 yaşlı Sayad Kazımova və 46 yaşlı bacısı Sevda Kazımova yanaraq ölüblər. Evdə olan 3 uşağı qonşuların köməyi ilə xilas etmək mümkün olub. Mahir Kazımov və həyat yoldaşı Mirvari Novruzova isə müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.
Şamxal Adıgözəlov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB