Hərbi aerodromda bədbəxt hadisə baş verib

Hərbi aerodromda bədbəxt hadisə baş verib

Müdafiə Nazirliyinin Tağıyev qəsəbəsində yerləşən hərbi aerodromunda bədbəxt hadisə baş verib. SİA-nın məlumatına görə, Hərbi Hava Qüvvələrinə məxsus "Su-25" təyyarəsini təlim uçuşuna hazırlayan Yuri Kulaçkov təyyarənin hava soran borusuna düşərək ölüb.


Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, hadisə dekabrın 26-da baş verib. Tağıyev qəsəbəsindəki N saylı hərbi hissəyə ezam olunmuş Gürcüstan vətəndaşı Yuri Kulaçkov ehtiyatsızlıqdan təyyarənin mühərrikinə düşərək ölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə