Ticarət mərkəzində oğurluq baş verib

Ticarət mərkəzində oğurluq baş verib
Lökbatan qəsəbəsində "Binə" ticarət mərkəzində oğurluq baş verib. Ticarət mərkəzinə məxsus kabel çarxından 151 metr yüksək gərginlikli kabel oğurlanıb. Qaradağ RPİ 10-cu PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən əvvəllər məhkum olunan Qinyaz Yediyarov, Radiq Hacıyev və Anar Müseyibov tutularaq istintaqa cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə