Masazır gölünə düşən təyyarənin bir ekipajı xilas edildi-YENİLƏNİB
10.30
Bu gün səhər saatlarında Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən duz gölünə təyyarə düşüb. Məşq təyyarəsinin ekipajı yaranmış nasazlıqla əlaqədar ətrafda olan yaşayış məntəqələrinə xəsarət yetirməmək üçün təyyarəni gölə endirib. Hadisə baş verərkən 4 nəfərlik təyyarədə 2 nəfər olub.
12.30
SİA-nın hadisə yerində olan əməkdaşının xəbərinə görə FHN-nin xilasediciləri gölə düşən ekipaj üzvülərini qayıqla quruya çıxarılıb. Təlimçi ekipaj üzvlərindən birinin Tahir Ağaquliyev olduğu bildirilib. Digər ekipaj üzvünün şəxsiyyəti isə hələlik bəlli deyil.Təyyarə hələ göldədir. FHN xilasediciləri və polis əməkdaşları hadisə yerindədirlər.Mətbuat nümayəndələri gölə yaxın buraxılmır. Bəzi məlumatlara görə, "Cess-172" markalı təlim təyyarəsi Bakı Aviasiya Akademiyasına məxsusdur. Təyyarədə yaranan nasazlıgın səbəbı də hələ ki açıqlanmır.
Aynurə Asimqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB