20 yaşlı taksi sürücüsünün qatili yaxalanıb

20 yaşlı taksi sürücüsünün qatili yaxalanıb

Siyəzən rayonunda çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirilən Elvin Vəliyevin qatilləri yaxalanıb.

SİA-nın Şimal bürosunun Siyəzən rayon prokurorluğundan aldığı məlumata görə qətl hadisəsi dekabrın 3-də axşam saatlarında Siyəzən rayonu Qırçal kəndi yaxınlığında baş verib. Siyəzən sakinləri 28 yaşlı Natiq Camalov və 22 yaşlı Vüqar Bəkirov Sumqayıt şəhərindən vaz-2107 markalı taksi maşını ilə Siyəzən rayonuna gəliblər. Kənd yolunda maşını saxlamağı əmr edən sərnişinlər sürücünü çölə çıxarıblar. 20 yaşlı taksi sürücüsü Sumqayıt sakini Elvin Vəliyev 34 bıçaq zərbəsi ilə qətlə yetirilib.

Natiq Camalov və Vüqar Bəkirov avtomobili hadisə yerindən qaçırıb. Aparılan axtarış əməliyyatları nəticəsində hər iki şəxs yaxalanaraq istintaqa cəlb edilib.

Qeyd edək ki, Siyəzən rayon prokurorluğunda qəsdən adamöldürmə maddəsi ilə başlanan cinayət işi əsasında hadisənin hansı məqsədlə törədilməsi araşdırılır.


Emin Kərimov.

Bütün xəbərlər Facebook səhifəmizdə