Sərnişin avtobusu ilə yük maşınının toqquşması 24 nəfərin ölümünə səbəb olub

Sərnişin avtobusu ilə yük maşınının toqquşması 24 nəfərin ölümünə səbəb olub

Türkiyənin Diyarbakır bölgəsində ağır yol qəzası baş verib. SİA-nın \"Hürriyet\" qəzetinə istinadən verdiyi xəbərə görə, Diyarbakır valisi Mustafa Topraq Diyarbakır-Batman magistralında bir yük maşını ilə avtobusun toqquşması nəticəsində baş verən yol qəzasında ilkin ehtimallara görə 24 adamın öldüyünü, 8 adamın da yaralandığını bildirib.


Qəza Diyarbakır-Batman sərhədindəki Salat adlanan yerdə baş verib. Sərnişin avtobusu ilə ağır tonnajlı yük maşının toqquşduğu qəzada xəsarət alanlar Batman və Diyarbakırdakı xəstəxanalara yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə