Piyadanı vurub qaçan sürücü yaxalanıb

Piyadanı vurub qaçan sürücü yaxalanıb

Dekabrın 19-u saat 08 radələrində Bakı - Aeroport şossesində naməlum sürücü Maştağa qəsəbə sakini İlahə Əliyevanı vuraraq, yaralıya kömək etmədən hadisə yerindən qaçıb. Bakı şəhər Baş Polis İdarəsi mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, nəticədə zərərçəkmiş hadisə yerində dünyasını dəyişib. Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisədə şübhəli bilinən Bakı şəhər sakini Nurməmməd Əliyev dekabrın 20-də idarə etdiyi "QAZ-31" markalı avtomobillə birlikdə yaxalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə