Paytaxtda oğurluq edən qadın tutulub

Paytaxtda oğurluq edən qadın tutulub
Bakı şəhəri Nizami rayonu ərazisində oğurluq edən Yevlax rayon sakini tutuldu. SİA-dan verilən məlumata görə, paytaxt sakini Firəngiz Həsənovanın evindən 2500 manat dəyərində qızıl əşyalarını oğurlayan Yevlax rayon sakini Zibeydə Xasanova Baş Mühafizə İdarəsi əməkdaşları tərəfindən tutulub. Faktla bağlı Nizami RPİ 24-cü PB-i tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə