Paytaxtda 16 yaşlı gənc və qardaşı bıçaqlandı

Paytaxtda 16 yaşlı gənc və qardaşı bıçaqlandı
Bakı şəhərinin Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib. SİA-nın verdiyi məlumata görə, Nobel prospekti 159 ünvanında yerləşən 59 saylı orta məktəbin həyətində 16 yaşlı Vüqar Rufullayev və qardaşı naməlum şəxslər tərəfindən bıçaqlanıblar. Xəstəxanaya çatdırılan yaralıların vəziyyəti normaldır. Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə