Paytaxtda yolu keçən piyadanı maşın vurdu. Hadisə Bakının Xətai rayonu Yusif Səfərov küçəsi ilə Babək prospektinin kəsişməsində baş verib. SİA-nın verdiyi məlumata görə, Həsənova Həlimə Adil qızı yolu keçmək istəyərkən yaxınlaşmaqda olan "Jiquli" markalı avtomaşın tərəfindən vurulub. Yaralı dərhal 1 saylı xəstəxanaya çatdırılıb. Həkimlər tərəfindən müayinə olunan zaman yaralıya qapalı kəllə-beyin travması və baş beynin silkələnməsi diaqnozu təyin edilib. Xəstəxanadan verilən məlumata görə, yaralının vəziyyəti orta ağırdır.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB