Sabirbad rayonun Azadakənd ərazisində 16 yaşlı gənc bıçaqlanıb. SİA-nın Aran bürosuna məlumatına görə, yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına gətirilib.
Cərrahiyyə şöbəsinin həkimi Aqil Əsgərovun verdiyi məlumata görə, Sabirabad rayon Azadakənd sakini, 1995-ci il təvəllüdlü Əliyev Fariz Azər oğlu saat 20:00 radələrində xəstəxanaya qarın boşluğunun deşilmiş yarası diaqnozu ilə daxil olub. Yaralı əməliyyat olunan zaman qara ciyərin və piyliyin deşilmiş, kəsilmiş yaraları aşkar edilib. Xəstə əməliyyat olunduqdan sonra reanimasiya şöbəsinə yerləşdirilib və ümumi vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsinin istintaq bölməsində cinayət işi başlanılıb və hadisəni törətməkdə şübhəli şəxs qismində 1996-cı il təvəllüdlü Nəbiyev Şahmar Əlican oğlu saxlanılıb. Saxlanılan və bıçaqlanan şəxs yetginlik yaşına çatmayan, eyni zamanda bir kəndin sakinləridir.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB