Şirvan şəhərində ötən gecə saat 20:30 radələrində xəsarətlə nəticələnən avtomabil qəzası baş verib. SİA-nın Aran bürosuna Şirvan şəhər DYP Bölməsinin inispektoru Murad Süleymanov məlumat verib.
Onun bildirdiyinə görə, Heydər Əliyev prospektindəki işıqforda S.Zeynalov küçəsindən sürücü Xudiyev Əli Alim oğlunun idarə etdiyi VAZ 21015 markalı 90 XF 411 nömrəli avtomobil çıxıb və Həbibov Razi Şərafət oğlunun idarə etdiyi VAZ 21099 markalı 10 VJ 192 nömrəli maşınla toqquşub. Nəticədə VAZ 21099 markalı avtomabilin sürücüsü R.Həbibov xəsarət alaraq Şirvan Şəhər xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Xəstəxanadan travmatologiya şöbəsinin müdiri Tofiq Hüseynovun verdiyi məlumata əsasən, R.Həbibov döş qəfəsinin və alın nahiyyəsinin cırılmış-əzilmiş yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstəyə ilkin yardım göstərilib. Müalicə davam etdirilir.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB