Nərimanov rayonunda yanğın olub

Bakının Nərimanov rayonunda yanğın baş verib. SİA-nın məlumatına görə, yanğın Zeynalov Ramiz Rəsul oğluna məxsus 3 otaqlı mənzildə qeydə alınıb. Evdə alovlanma müşahidə edilən zaman mənzil sahibləri evdə olsalar da xoşbəxtlikdən onlar arasında xəsarət alan olmayıb. Dərhal hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri əraziyə cəlb edilib. Qısa zamanda alovun başqa mənzillərə keçməsinin qarşısı alınıb. Araşdırma zamanı məlum olub ki, hadisə zamanı 90 kvadratmetr sahəsi olan mənzilin təxminin 70 kvadratmetri tamamilə yanaraq külə dönüb. İlkin ehtimallara görə yanğına səbəb elektrik xətlərində baş verən qısanapanma olub. Hadisənin dəqiq baş vermə səbəbləri araşdırılır.


Bütün xəbərlər Facebook səhifəmizdə