Bu gün səhər saatlarında Bakı şəhəri Suraxanı rayonu ərazisində maşın yanıb. Rayon Polis İdarəsindən SİA-ya verilən məlumata görə, "Daewoo Nexia" markalı avtomobil aeroport yolunda yanaraq külə dönüb. Hadisə nəticəsində xəsarət alanın olub-olmaması barədə hələlik heç bir məlumat verilmir. Qeyd edək ki, faktla bağlı araşdırma aparıldığı bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB