Sumqayıtda bıçaqlanma hadisəsi baş verib

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib
Sumqayıtda bıçaqlanma faktı qeydə alınıb. SİA-nın verdiyi məlumata görə, Sumqayıt şəhərinin Tağıyev qəsəbəsi ərazisində Cəbrayıl rayon sakini Məhəmməd Eyvazov münaqişə zəminində şəhər sakini Ramin Musayevə bıçaqla xəsarət yetirib. Sumqayıt ŞPİ əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində Məhəmməd Eyvazov tutularaq istintaqa cəlb olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə