Bakıda və Sumqayıtda dəm qazından boğulma və zəhərlənmə hadisəsi qeydə alınıb. SİA-nın Daxili İşlər Nazirliyinin internet saytına istinadən verdiyi məlumata görə, dünən saat 00.05 radələrində, İ.Məmmədov küçəsi ev 6 mənzil 14-də yaşayan 1995-ci il təvəllüdlü Əliyev Kamran Heydər oğlu mənzildə dəm qazından boğulub.
Faktla bağlı araşdırma aparılır.
Dekabrın 12-də saat 02.40 radələrində, Sumqayıt şəhəri 9-cu mikrorayon, ev 52, mənzil 28-də yaşayan 1972-ci il təvəllüdlü Ağayeva Şəhla Dilavər qızı evindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilib. Onun vəziyyəti orta-ağırdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB