Azərbaycanın Tovuz rayon sakinindən saxta əsginaslar götürülüb. SİA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dekabrın 11-də Düz Cırdaxan kənd sakini Vüqar Qasımov polisə ərizə ilə müraciət edərək həmin gün rayon ərazisindəki bazarda naməlum qadının ondan 2 baş qoyun aldığını və aldığı 260 manat pulun saxta olduğunu bildirib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində V.Qasımova saxta pulları verən Tovuz şəhər sakini Türanə Cəfərova tutulub və ondan 4 ədəd 50, 10 ədəd 20 manatlıq saxta əsginaslar götürülüb. Qadının evinə baxış zamanı 1 ədəd surətçıxaran aparat, 1 ədəd kağız kəsən bıçaq, xətkeş və kağızlar aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırmalar aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB