Paytaxtda dəhşətli qətl törədilib

Paytaxtda dəhşətli qətl törədilib
Paytaxtda dəhşətli qətl törədilib. Hadisə Binəqədi rayonun Azadlıq prospekti, ev 167 ünvanında qeydə alınıb. SİA-nın verdiyi məlumata görə, naməlum şəxslər 47 yaşlı Qasımova İradə Əliyar qızını yaşadığı 53-cü mənzilin qapısı qarşısında bıçaqlayaraq qətlə yetiriblər. Hadisənin kimin tərəfindən və hansı məqsədlə törədildiyi hələlik məlum deyil. Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Faktla bağlı Binəqədi Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

Bütün xəbərlər Facebook səhifəmizdə