Dünən axşam saatlarında Bakıda zəncirvari ağır yol qəzası baş verib.
"Şamaxinka" deyilən ərazidən Biləcəri istiqamətinə düşərkən "Kamaz" markalı yük maşını səkkiz avtomobili vurub. Hadisə nəticəsində xəsarət alan olsa da, ölüm faktı qeydə alınmayıb. Bakı şəhər Dövlət yol polisi idarəsindən verilən məlumata görə, yol qəzasına səbəb "Kamaz" markalı avtomobilin əylənc sisteminin işləməməsi olub. Nəticədə hərəkət zamanı "Kamaz" avtomobili səkkiz avtomobilə ciddi ziyan vurub.
Məlumata görə, ekspertiza nəticəsində "Kamaz" markalı avtomobilin sürücüsünün günahı sübuta yetirilərsə, o, səkkiz maşına dəyən ziyanı ödəməli olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB