Paytaxtda cəzaçəkmə müəssisəsində baş verən insident nəticəsində bir nəfər ölüb, bir məhkum isə qaçıb - YENİLƏNİB
Bakıda cəzaçəkmə müəssisəsində baş verən ininsident nəticəsində bir nəfər ölüb, bir məhkum isə qaçıb. Bakı şəhər Prokurorluğundan SİA-ya verilən xəbərə görə, hadisə dünən Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Qaradağ rayonunda yerləşən 2 saylı Cəzaçəkmə Müəssisəsində baş verib.
Məhbuslar arasında yaranan münaqişə nəticəsində məhkum Faiq Dadaşov özünü öldürüb. Belə ki, Qaradağ rayonu ərazisində yerləşən müəssisədə cəza çəkən 1988-ci il təvəllüdlü Dadaşov Fərid Cavid oğlu örtüyün kənarını qopararaq pəncərənin dəmir barmaqlığına keçirib və özünü asaraq intihar edib. İntihar etmiş məhkum daha əvvəl cəzaçəkmə müəssisəsinin rəis köməkçisi və nəzarətçi ilə dava edib. O, dəmir boru ilə rəis köməkçisinin başını partladıb, müxtəlif xəsarətlər yetirib. Nəzarətçinin isə qolları qırılıb. Hər iki müəssisə əməkdaşı ağır vəziyyətdə hospitala yerləşdirilib. Daha sonra F.Dadaşov nəzarətçi otağına salınıb və o, burada özünü öldürüb.
Digər məhkum 1983-cü ildə anadan olmuş Fərəcov Faiq Fuad oğlu müəssisədən qaçıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB