Yasamalda ikimərtəbəli bina uçdu

Yasamalda ikimərtəbəli bina uçdu

Yasamal rayonunda ikimərtəbəli bina uçub. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, Yasamal rayonunda ikimərtəbəli çoxmənzilli yaşayış binasında uçqun baş verib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olmub ki, binanın 1-ci mərtəbəsində uzunluğu təxminən 6 metr olan divar uçub, divarın dağıntıları giriş qapısına tökülüb, habelə yaxınlıqdan keçən qaz xəttini zədələyib.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıq vasitəsilə giriş qapısını uçqundan təmizləyib, 2 nəfər sakinə lazımi kömək göstərib. Habelə qaz xəttinin zədələnməsi ilə əlaqədar yaranmış qaz sızmasının qarşısının alınması üçün zəruri tədbirlər görülüb.


Bütün xəbərlər Facebook səhifəmizdə