Milli ordunun əsgəri yaralanıb

Ermənilərin atəşkəsi pozması nəticəsində cəbhə xəttində ordumuzun əsgəri güllə yarası alıb. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, cəbhənin Xocavənd rayonu istiqamətində erməni hərbçilərinin atəşkəsi pozması nəticəsində Azərbaycan ordusunun əsgəri, Rəşad Məmmədov düşmən gülləsinə tuş gəlib. Güllə əsgərin qolundan dəyərək onu yaralayıb. Yaralı əsgər yaxınlıqda yerləşən hərbi hospitala yerləşdirilib.

Qeyd edək ki, əsgər Rəşad Məmmədov Goranboy Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.


Şamxal Adıgözəlov

Bütün xəbərlər Facebook səhifəmizdə